Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Somalidən Azərbaycana satış məqsədilə heç vaxt ət məhsulları gətirilməyib.
Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransındq jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, yalnız Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanına müxtəlif ölkələrdən ət məhsulları gətirilir:
Səudiyyə Ərəbistanı səfirliyinin dəstəyi ilə ötən il ölkəmizə qeyri-kommersiya məqsədilə 45 tona yaxın ət məhsulu gətirilib. O qeyd edib ki, bu ət məhsulları qurban ətləri olub və ölkəyə humanitar məqsədlə gətirilib”.
Qeyd edək ki, son dövrlər mediada Somalidən Azərbaycana ət gətirildiyi barədə xəbərlər yayılıb.