Əsas məzmuna keç

Petropavlovsk-Kamçatskidən 364 km aralıda zəlzələ

Kamçatka sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının “Telegram” kanalında məlumat verilib.

Yayılan məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 364 km aralıda, 23,3 km dərinlikdə yerləşib.

Yeraltı təkanların hiss olunması barədə məlumat verilməyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…