Ötən gün Daşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların əziz xatirəsi yad edilib. Ziyarətçilərin Tezadlar.az- a verdiyi məlumata görə,
1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı və yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan “Mİ – 8” helikopterində şəhid olanların əziz xatirəsi 26 yanvar 2026-cı il tarixində Şuşa Şəhidlər Xiyabanında ehtiramla yad edildi, onların ruhuna dualar oxundu. Şəhidlərin anım mərasimində Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin məsul əməkdaşları, Şuşada fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rövşanə