Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

16 yaşlı oğlan yüngül xəsarət alıb
Dərbənddə məktəb mühafizəçisi ona qartopu atdığına görə yeniyetməni bıçaqlayıb.
Tezadlar.az bildirir ki, bu barədə Dağıstan Respublikasının İstintaq Komitəsi məlumat verib.
Hadisə 18 yanvarda 17 nömrəli məktəbin ərazisində baş verib. Bir qrup yeniyetmə 75 yaşlı mühafizəçiyə qartopu atıb. Qəzəblənən kişi bıçaq götürərək oğlanlardan birini bıçaqlayıb. 16 yaşlı məktəb məzunu yüngül xəsarət alıb. Hücum edən şəxs tezliklə saxlanılıb və məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.
“Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi açılıb”, – məlumatda deyilir.
E.ŞİRİNOV