Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İspaniya Uşaq və Gənclər İşləri Nazirliyi yetkinlik yaşına çatmayanların öküz döyüşlərinə qatılmasını qadağan etməyi təklif edir.
Tezadlar.az bildirir ki, bu barədə nazirliyin rəhbəri Sira Reqo məlumat verib.
Nazir sosial media platforması “Bluesky”-də yazıb: “Uşaqlar və yeniyetmələr heyvanlara qarşı zorakılığın törədildiyi tədbirlərdə, məsələn, öküz döyüşlərində iştirak edə bilməyəcəklər. Bu, təklif etdiyimiz uşaqların və yeniyetmələrin zorakılıqdan hərtərəfli qorunması haqqında qanunun genişləndirilməsində nəzərdə tutulub.”
İspaniya müxtəlif öküz döyüşləri şouları və festivalları ilə məşhurdur. Öküz döyüşü ənənəvi İspan tamaşasıdır və bu tamaşada buğa döyüşçüsü bir öküzlə döyüşür və bundan sonra heyvan adətən öldürülür. Krallıqda həmçinin müntəzəm olaraq öküz qaçışları keçirilir. Hər il (adətən, yay tətili zamanı) krallığın bir çox kənd və kiçik şəhərlərində inək və öküzlərin ağıllarından küçələrə buraxıldığı və insanların onlardan qaçdığı şənliklər keçirilir. Öküz və öküz döyüşçülərinin obrazı ölkə üçün bir növ vizit kartına çevrilib. Lakin bir sorğuya görə, ispanların yarıdan çoxu öküz döyüşlərinin qadağan edilməsini dəstəkləyir.
E.ŞİRİNOV