27 Yanvar 2026 / 15:25

Həkim 53 saylı marşrut avtobusunda nədən öldü?

Bu gün Bakıda sərnişin marşrut avtobusunda qəflətən vəfat edib. Tezadlar.az xəbər verir ki, hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb. 53 saylı xətt avtobusunda Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhyəddin Məhəmməd oğlu Aydəmirov qəfil vəfat edib. Dərhal təcili tibbi yardım çağırılsa da, onun öldüyü müəyyən edilib. İlkin məlumata görə, M.Aydəmirov infarktdan həyatını itirib.

Qeyd edək ki, vəfat edən şəxs cərrah olub. O, uzun illər Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib. Araşdırma aparılır.

Təəssüf! Həkimin infarktdan vəfat etməsi daha üzücdür…

Elşad

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!