28 Yanvar 2026 / 06:46

Qısqanclıq səbəbindən sevgilisinin başını kəsib

Hindistanın Aqra şəhərində ofis işçisi sevgilisinin başqa bir kişi ilə ünsiyyətdə olmasından şübhələnərək onu vəhşicəsinə qətlə yetirib və hissələrə ayırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti yazıb.

Qadının ayaqları və başı olmayan cəsədi 24 yanvar gecəsi Uttar Pradeş ştatının Yamuna çayı üzərindəki körpünün yaxınlığında tapılıb.

“32 yaşlı Minki Şarma 23 yanvar saat 14:00 radələrində ailəsinə işə gedəcəyini deyərək evdən çıxıb. Qayıtmadığı və telefonu söndürüldüyü zaman ailə polisə müraciət edib”, – deyə Trans-Yamuna rayonunun polis rəisi Dharmendra Kumar bildirib.

Müstəntiqlər Minkinin Sanjay Place biznes rayonundakı bir ofisdə HR meneceri kimi işlədiyini müəyyən ediblər. Şübhəli, 30 yaşlı kompüter operatoru Vinay Sinqh də orada işləyirdi.

Polisin məlumatına görə, cütlük iki ildən çoxdur ki, görüşürdü. Son zamanlar aralarında münaqişələr daha da artıb, çünki kişi sevgilisinin başqa bir şəxslə ünsiyyət qurduğundan şübhələnirdi. Dindirmə zamanı o, 23 yanvarda qadınla ofisdə görüşməyi planlaşdırdığını və orada mübahisə etdiyini etiraf edib. Mübahisə zamanı Sinqh sevgilisinin boynuna bir neçə bıçaq zərbəsi endirib, sonra isə bədənini hissələrə ayırıb. Başını çantaya gizlədib, qalıqları plastik torbaya qoyub qablaşdırma lenti ilə bağlayıb.

Şübhəli cəsədi skuterlə daşıyıb çaya atmağa çalışdığını, lakin yoldan keçənləri görən kimi çantanı körpünün yaxınlığında tərk etməyə məcbur olduğunu bildirib. CCTV kameraları onun yolunu qeydə alıb və polis onu tez bir zamanda yaxalayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!