Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Yanvar 2026 / 11:38

“Ağ Ev”in divarında Ronaldonun şəkli asıldı – Tramp jest etdi?

ABŞ prezidenti Donald Trampın Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu ilə çəkilmiş fotosunu çərçivəyə salaraq Ağ Evin divarına asdığı iddia olunur.

Tezadlar.az    xəbər verir ki, sosial mediada yayılan görüntüdə Ronaldu ilə Trampın Oval Ofisdə söhbət etdiyi an əks olunub.

Lakin yayılan bu məlumat hələlik Ağ Ev və ya Trampa yaxın rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Paylaşım sosial şəbəkələrdə daha çox ironik üslubda yayılıb və “Messi, cavab ver” kimi ifadələrlə müşayiət olunub.

Qeyd edək ki, sözügedən foto Kriştiano Ronaldonun 2025-ci il noyabrın 19-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampıın qəbulunda olanda çəkilib. Həmin görüş zamanı portuqaliyalı futbolçuya Ağ Evin rəmzi açarı verilib. Futbolçu isə ABŞ Prezidentinə öz formasını hədiyyə edib. Görüşdə Ronaldonun xanımı Corcinya Rodrigez də iştirak edib.

idmanbiz

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!