Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Yanvar 2026 / 17:00

TƏCİLİ! Rusiya Gürcüstanı yenidən öz orbitinə qaytarıb və…

Moldovanın prezidenti Maya Sandu Rusiyanın Gürcüstanı yenidən öz təsir dairəsinə qaytardığını bildirib. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, o, bu barədə Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı danışıb. Maya Sandu çıxışında Rusiyanın hibrid əməliyyatlarına diqqət çəkərək qeyd edib ki, Moldova və Gürcüstan Moskvanın təzyiq və hücumlarının hədəfinə çevrilib. Prezidentin sözlərinə görə, bu cür təsirlər təkcə bu ölkələrlə məhdudlaşmır, oxşar hallar Avropanın müxtəlif ölkələrində də müşahidə olunur.

Sandu vurğulayıb ki, Moldova son iki il ərzində davam edən hücumlara cəmiyyətin birgə səyləri nəticəsində müqavimət göstərə bilib və ölkə vətəndaşları sülhə, Avropaya və demokratik dəyərlərə sadiqliklərini nümayiş etdiriblər. Moldova prezidenti, həmçinin qeyd edib ki, gürcü xalqının demokratik dəyərləri, Avropa istiqamətini və öz gələcəyini müəyyənləşdirmək hüququnu qorumaq cəhdlərinə baxmayaraq, Rusiya müharibə qorxusundan və seçkilərlə bağlı təzyiq mesajlarından istifadə edərək Gürcüstanı yenidən öz orbitinə qaytara bilib.

 Maya Sandunun sözlərinə görə, Rusiyanın növbəti hədəfi Ermənistan ola bilər. O bildirib ki, Ermənistanın suverenliyinin zəiflədilməsi, demokratik seçiminə təsir göstərilməsi və daxili zəifliklərdən istifadə olunması məqsədi daşıyan oxşar strategiya hazırda bu ölkəyə qarşı tətbiq edilir. Prezident əlavə edib ki, Moldova bu təzyiqlərə qarşı mübarizədə Ermənistanın və onun xalqının yanında dayanır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!