30 Yanvar 2026 / 08:46

İmişlidə şagirdi döyən məktəbin direktoru imiş?- ARAŞDIRMA BAŞLAYIB (VİDEO)

Sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı bildiririk ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır.

Tezadlar.az    xəbər verir ki, bu barədə  Mil-Muğan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilir ki, şagirdi vuran şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb:

“Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək. Media nümayəndələrini proses yekunlaşana qədər yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial mediada məktəb direktorunun şagirdi döyməsi ilə bağlı iddialar və hadisəni əks etdirən görüntülər yayılıb. İddialara görə, hadisə İmişli rayon Hacalmuradlı kənd Q. Tarverdiyev adına tam orta məktəbdə baş verib. Şagirdin məktəb direktoru Ruslan İbayev tərəfindən döyüldüyü bildirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!