Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Yanvar 2026 / 15:55

Paşinyandan gözlənilməz qərar- “”Qarabağ hərəkatı” artıq…”

Baş nazir Nikol Paşinyandan inanılmaz tarixi çağırış: “”Qarabağ hərəkatı” mövzusu artıq bağlanmalıdır!”. Paşinyan deyib ki, bu mövzu əbədi olaraq bağlanmalıdır, çünki Ermənistan və Azərbaycan Alma-Ata bəyannaməsi əsasında qarşılıqlı olaraq ərazi bütövlüyünü, suverenliyi və siyasi müstəqilliyi tanımağa razılaşıblar, bu mövzu onun üçün artıq bağlanıb. Sitat: “Birbaşa vətəndaşlara dedim ki, “Qarabağ hərəkatı” mövzusu bağlanmalıdır. Mən Ermənistanın Baş naziri olaraq bu xətti izləyəcəyəm. Əgər vətəndaşlar bu siyasətlə razı deyilsə, onları inqilab etməyə dəvət edirəm. Heç bir Baş nazir vətəndaşları inqilaba çağırmamışdı, inqilab baş vermədi və biz bu siyasəti davam etdirəcəyik”.

Sonra da deyirik ki, Paşinyan ağılsız adamdı… Əksinə, o, ermənilərin ən ağıllısıdır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!