Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2022 / 05:50

RUSİYA ƏSGƏRLƏRİ NİYƏ XİDMƏTDƏN İMTİNA EDİRLƏR?

“Rusiya hərbçiləri Vozdvijenka-Rota istiqamətində qismən uğur qazanaraq işğal etdiyi ərazilərdəki sərhədlərdə möhkəmlənirlər”.

Məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilir ki, Rusiya hərbçiləri Vısıkoqore rayonunda minalanmış şlaqbaum quraşdırır: “Rusiya qoşunları komandanlığını məcburedici tədbirlərinə baxmayaraq, əsgərlər xidmətdən imtina edirlər. Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal altında olan ərazilərində zorakı üsullarla səfərbərlik həyata keçirilir.

Məlum olub ki, Xarkov vilayətində ukraynalı müdafiəçilərlə döyüşlərdə verilən çoxsaylı itkilərə görə Rusiya Silahlı Qüvvələri 1-ci Ordu Korpusunun motoatıcı bölməsi bütünlüklə döyüş əməliyyatlarında iştirakdan imtina edib”.

Məlumata görə, Donetsk və Luqansk istiqamətlərində Ukrayna müdafiəçiləri Rusiya qoşunlarının 7 hücumunun qarşısını alaraq 10 tankını, 7 artilleriya sistemini, 4 zirehli döyüş maşınını, 3 xüsusi zirehli avtomobili, 4 avtomobilini və sursat anbarını məhv edib. Ukrayna Hava Hücumunda Müdafiə qüvvələri Rusiyanın “Orlan-10” tipli 5 PUA-sını sıradan çıxarıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!