29 Yanvar 2026 / 18:06

DGK-nın tələb etdiyi sənədləri AQTA təkrar yoxlayır…

Tələb edilən sənədlərə mənşə sertifikatı, çəki siyahısı, istehsal və son istifadə tarixi qeyd olunan sənədlər, keyfiyyət və analiz sənədləri, müqavilə, etiket, məhsulun şəkli, CMR, baytarlıq və fito sertifikatlar daxildir.

Tezadlar.az  xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) “Ağ sənəd 2025” adlı hesabatında bildirilib.

“Gömrük orqanı tərəfindən artıq tələb olunan bu sənədlərin AQTA tərəfindən təkrar yoxlanılması zəruri deyildir. Bundan əlavə, qeydiyyat üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın tələb edilməsi bir çox sahibkarlar üçün problem yaradır, çünki bəzi obyektlərin çıxarışları mövcud deyil və bu, fəaliyyətin qeydiyyata alınmasına mane olur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli Qərarı ilə müəyyən edilmiş sənəd siyahısına əlavə olaraq, AQTA tərəfindən “ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun keyfiyyətini təsdiq edən sənəd”in də tələb olunması idxal və sertifikatlaşdırma prosesini ləngidir” – hesabatda vurğulanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!