29 Yanvar 2026 / 20:34

Şeyx Əbdül, Əzrayıl və Seyran Səxavət- İNANILMAZ!

Bir gün Seyran Səxavət dostu Şeyx Əbdülə zəng vurub kefini soruşur. Şeyx deyir:
– Qardaşım, çox pisəm, əzrayılla əlbəyaxayam.
– Ya Şeyx ənə, sən belə elə, əlini əzrayılın yaxasından çək, onunla çilingağac oyna – axı sən yeddi oğuldan birisən.
– Seyran, mən buraxıram eee, o məndən əl çəkmir…
– Əbdül, telefonu ver əzrayıla.
– Əzrayılı tanıyırsan?
– Hə… Qardaş kimiyik.
Əzrayıl:
-Nə var, nə yox, eşidirəm …
– O Əbdülnən işin olmasın.
– Seyran, bilirsən nə var, son vaxtlar kimə yaxınlaşıramsa, telefonu uzadırlar mənə ki, ala danış, hamı da sənin kimi deyir ki, onnan işin olmasın. Qardaş, axı mənim işim tökülüb qalır.
– Əzrayıl, neçə ildir bir-birimizi tanıyırıq?
– Çoooox
– İndiyənə qədər sənnən altıca nəfəri xahiş eləmişəm – bu da olsun yeddi.
– Düz deyirsən e… Hər dəfə məni aldadırsan. Axırıncı dəfə o suda boğulan kişini xahiş edəndə demişdin ki, sənə xalqın başında qoz sındıranlardan ibarət adamların siyahısıni verəcəm. Noldu bəs?!
– Sən belə el də Əzrayıl, mənim vatsapıma bir salam yaz o, uzun siyahını sənə göndərim ürəyin açılsın – işin əlindən başını qaşımağa majalın olmayacaq.
– Bu başqa məsələ … Şeyx Əbdül, çəkil gözümnən bir də buralara hərrənmə!
– Sağol Əzrayıl, Allah səni bizə çox görməsin! …
Müəllif: Seyran Səxavət
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!