29 Yanvar 2026 / 20:56

QALMAQAL: Röyanın Xətai RİH gəzintisi Prezident Administrasiyasında müzakirə edilib

Bir müddıt əvvəl toy müğənnisi, Xalq artisti Röyanın Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində ev geyimində peyda olaraq RİH- də Ulu Öndər Heydər Əliyevin büstünə gül qoyması, binanı xüsusi statuslu rəsmi şəxs kimi qarşılanması və s. barədə mediada məlumatlar yayımlanmışdır. Ən maraqlısı, ev geyimli Röyanı deputat Vüqar Rəhimzadə və RİH başçısı Rafiq Quluyev müşaiyət etmişdir.

Mənbənin verdiyi məlumata görə, bu hadisə Prezident Administrasiyasında qalmaqallı müzakirəyə səbəb olmuş və günahkarın cəzalandırılması qərara alınmışdır. Lakin RİH başçısı R.Quluyev izahat vermişdir ki, Röyanı dəvət edib qarşılayan başçının müavini Etibar Əhmədov olmuşdur. Beləcə, dünən E.Əhmədov Röyaya görə vəzifəsini itirməli olmuş, o, vəzifəsindən azad olunmuşdur. Və icra başçısı Rafiq Quluyev bununla bağlı əmr imzalamışdır.

Bu da çağrılmamış qonağın xeyiri…

“Təzadlar”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!