Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Heyvanların hansısa xəstəlikdən ölməsi təbiidir, amma ziyan fermerə dəyir… Azərbaycanda belə hallarda fermerlərə kompensasiya verilməsi faktına elə də rast gəlindiyini bilmirik. Amma Gürcüstan hökumətinin №33 saylı qərarına əsasən, 27 yanvar 2026-cı il tarixindən etibarən quduzluq xəstəliyindən iri və xırdabuynuzlu (qoyun, keçi, donuz) heyvanın ölümü halında heyvan sahiblərinə kompensasiya veriləcək. Tezadlar.az xəbər verir ki, Milli Qida Agentliyinin məlumatına görə, quduzluq nəticəsində heyvanın ölümü zamanı dəymiş zərər qismən ödəniləcək.
Qurum bildirir ki, bu mexanizm heyvan sahiblərini quduzluğun ehtimal olunan və ya təsdiqlənmiş halları barədə agentliyə vaxtında məlumat verməyə təşviq edəcək. Bu isə heyvanlar arasında quduzluğun yayılmasının qarşısının alınmasına və insanların xəstəlikdən qorunmasına xidmət edəcək. Məlumata əsasən, kompensasiya yalnız bir sıra şərtlər yerinə yetirildikdə ödəniləcək. Belə ki, quduzluq xəstəliyi laboratoriya müayinələri ilə təsdiqlənməli, heyvanın saxlanıldığı yer və sahibi vahid məlumat bazasında qeydiyyatdan keçməli, həmçinin heyvan hadisədən azı 15 gün əvvəl identifikasiya və qeydiyyata alınmalıdır.
Qeyd olunur ki, karantin dövründə yoluxmuş məntəqələrdə və risk altında olan ərazilərdə heyvan sahibi iri və xırdabuynuzlu heyvanların və ya donuzların quduzluğa qarşı peyvəndindən imtina edərsə və bir il ərzində heyvan quduzluğa yoluxarsa, bu halda kompensasiya ödənilməyəcək. Bildirilib ki, kompensasiyanın məbləği vahid məlumat bazasında mövcud olan məlumatlar əsasında xüsusi yaradılmış komissiya tərəfindən müəyyən ediləcək.
Təbii ki, burda fermer tərəfindən heyvanın səhlənkarlıqdan bu xəstəliyə yoluxdurması da araşdırılmalıdır.
A.Məmmədli