Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Yanvar 2026 / 10:34

Gürcüstan 2025-ci ildə turizmdən 5,6, Azərbaycan isə 2,2 milyard dollar qazanıb!-ŞOK SƏBƏB

Turizm təkcə iqtisadi qazanc mənbəyi deyil, həm də ölkənin dünyaya təqdimat mexanizmidir! Budur, 2025-ci ildə Gürcüstan ərazisinə beynəlxalq qeyri-rezident səyahətçilərin 7,8 milyon girişi qeydə alınıb. Bu göstərici əvvəlki illə müqayisədə 5,9 faiz artım deməkdir. Tezadlar.az xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb. Hesabat dövründə girişlərin ən böyük hissəsi — 43,6 faizi — 31–50 yaş arası səyahətçilərin payına düşüb. Məlumata görə, ötən il beynəlxalq ziyarətçilər tərəfindən 5,5 milyon turistik səfər həyata keçirilib. Bu göstərici əvvəlki ilin nəticələrindən 8,4 faiz yüksəkdir. Beynəlxalq ziyarətçilərin 80,6 faizi yalnız turistlərdən ibarət olub. Ekskursantların payı 15,4 faiz, həm turist, həm də ekskursant olanların payı isə 3,9 faiz təşkil edib. Sakstatın açıqlamasında bildirilir ki, 2025-ci ildə Gürcüstana ən çox ziyarətçi Rusiya Federasiyasından gəlib.

Bu ölkədən gələn ziyarətçilərin sayı 1,3 milyon nəfər olub və ümumi ziyarətçi sayının 23,2 faizini təşkil edib. Türkiyə 16,9 faizlə ikinci, Ermənistan isə 11,9 faizlə üçüncü yerdə qərarlaşıb. Eyni zamanda, səfərlərin ən böyük hissəsi Rusiya (1,6 milyon), Türkiyə (1,2 milyon) və Ermənistan (0,9 milyon) vətəndaşları tərəfindən həyata keçirilib. Ötən il həyata keçirilən səfərlərin 50,3 faizi istirahət, əyləncə və rekreasiya məqsədi daşıyıb. Səfərlərin böyük hissəsi Tbilisi şəhərində və Acarıstan Muxtar Respublikasında qeydə alınıb. Belə ki, Tbilisidə 3,8 milyon, Acarıstanda isə 2,7 milyon səfər baş tutub. Məlumata əsasən, 2025-ci ildə beynəlxalq ziyarətçilərin səfərləri zamanı çəkilən ümumi xərclər 15,0 milyard lari təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 5,1 faiz artıb. Bir səfərə düşən orta xərc isə 1,1 faiz azalaraq 2 187,3 lariyə bərabər olub.

Beləliklə, ötən il əhalisi 3,7 milyon nəfər olan Gürcüstanın turizmdən gəliri 5 578 385 615 dollar olub! Əhalisi 10 milyon nəfərdən çox olan Azərbaycanın turizmdən gəliri isə təxminən 2,3 milyard dollar olub!

Bəs niyə iki dəfədən çox fərq vardır? Təbii ki, Azərbaycanın quru sərhədinin bağlanması bir səbəbdirsə, ölkənin iaşə və xidmət qiymətlərinin bahalığı xarici turistləri Azərbaycandan küsdürən səbəbdir! Daxili turizm də buna görə azalmaqdadır. Çünki adi bir ailənin rayonların birində istirahəti 350-500 manata başa gəlir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!