2 Fevral 2026 / 06:06

Polşada şaxtalar 50-dən çox insanın həyatına son qoyub

Qışın əvvəlindən bəri Polşada şaxtalardan 50-dən çox insan ölüb.

Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti” agentliyi Respublika Daxili İşlər və Administrasiya nazirinin müavini Vislav Şçepanski məlumat verib.

“Şiddətli şaxta dalğası pik həddə çatır. Yeni qurbanlar barədə kədərli xəbərlərimiz var. Hazırda 54 ölüm hadisəsi barədə məlumatımız var”, – deyə rəsmi bildirib. O, əlavə edib ki, daha azı 36 nəfər hipotermiyadan əziyyət çəkir.

Nazir müavininin sözlərinə görə, tərk edilmiş evlərdə yaşayan insanların aşağı temperaturdan ölmə ehtimalı daha yüksəkdir. Buna görə də o, belə insanları daha isti yerlərə köçməyə çağırıb. Bundan əlavə, Şçepanski qeyd edib ki, ölkədə qarşıdan gələn gecə qışın əvvəlindən bəri ən soyuq gecə olacaq – Polşanın şimal-qərbində termometr mənfi 29 dərəcəyə düşə bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!