2 Fevral 2026 / 08:46

Qızıl qiymətdən düşür: 4 700 dollar oldu!

Qızıl ən yüksək qiymətinin rekordunu qırmaqda davam etdiyi bir vaxtda, indi əks hal baş verməkdədir… Tezadlar.az xatırladır ki, 2026-cı ilin fevral ayında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti Nyu-Yorkun “Comex” birjasında yanvarın 19-dan bu yana ilk dəfə olaraq bir troya unsiyası üçün 4 700 dollar səviyyəsindən aşağı enib. Tezadlar.az xəbər verir ki, bunu Nyu-York əmtəə birjası “Comex”in ticarət məlumatları sübut edir. Ticarət zamanı qiymətli metalın qiyməti 4 644,8 dollar təşkil edib ki, bu da 5,35 faiz azalma deməkdir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!