2 Fevral 2026 / 12:32

Sabiq nazir borcuna görə milyonluq evini və obyektini satır-TƏCİLİ

…Vəzifədə büdcəni istədiyi kimi idarə etməyin sonu belə də olur: Tezadlar.az xatırladır ki, yüksək vəzifədə olan məmurların aqibəti həmişə belə olur! Budur, 27 milyon manatlıq mənimsəmədə təqsirli bilinmiş sabiq nazir Səlim Müslümovun müsadirə edilmiş evi və obyekti hərracda satışa çıxarılaraq satış qiyməti 1 milyon 376 min manat təşkil edib. Həmin obyektlər bunlardır:

– Yasamal rayonu, Mirzə İbrahimov küçəsində 370,4 kv.m sahəsi olan yaşayış evi, satış qiyməti: 926 250 manat;

– Səbail rayonu, Azadlıq prospektində qeyri-yaşayış sahəsi, satış qiyməti: 450 000 manat.

Ümumilikdə isə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib. Ötən ay isə onun 490 min manatlıq iki mənzili satışa çıxarılıb.

QEYD: Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub, Dövlətə dəymiş ziyanın 20 milyon manatdan artıq hissəsi ödənildiyindən ona şərti cəza verilib…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!