Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov bu ölkənin iqtisadiyyat və maliyyə naziri Nadya Fettah ilə ikitərəfli iqtisadi və maliyyə əməkdaşlığına dair imkanları müzakirə edib.
Tezadlar.az xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu gün mən Mərakeşin iqtisadiyyat və maliyyə naziri Nadya Fettah ilə görüşmək şərəfinə nail oldum. İkitərəfli iqtisadi və maliyyə əməkdaşlığına dair imkanlar, həmçinin qarşılıqlı səfərlər ilə bağlı məsələlər müzakirə edilib”, – məlumatda bildirilib.