3 Fevral 2026 / 11:57

Gimnaziyada atışma: tarix müəllimi yaralanıb

Ufada gimnaziyada baş verən atışma ilə bağlı cinayət işləri açılıb.

Tezadlar.az bu barədə Respublikanın İstintaq Komitəsinə istinadən məlumat verir.

Məlumatda bildirilib ki, “səhlənkarlıq da daxil olmaqla, cinayət işləri açılıb”.

Xatırladaq ki, çərşənbə axşamı səhəri bir şagird məktəbə plastik pnevmatik tapança ilə gələrək müəllimə və üç sinif yoldaşına atəş açıb, sonra isə fişəng partlayıb. Hücum edən şəxs saxlanılıb.

“112” Telegram kanalının məlumatına görə, tarix müəllimi yaralanıb və tibbi yardım alır.

Hadisə yerində müstəntiqlər və məhkəmə ekspertləri işləyir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!