Əsas məzmuna keç

ƏRƏB ÖLKƏLƏRİNDƏ ƏN ÇOX ZİYARƏT EDİLƏN 10 MƏKAN

“Google” özünün küçə hərəkəti xəritə xidmətinin görüntülərinə əsasən Yaxın Şərq və Şimali Afrikada ən çox ziyarətçi axını olan 10 məkanın adını açıqlayıb.

2013-cü ildə ilk dəfə Birləşmiş Ərəb Əmirliklərində müşahidə aparan bu xidmət, sonradan digər ərəb ölkələrini də əhatə edib. “Google”un icmalına görə, sözügedən regionda ən çox ziyarət edilən məkan Dubaydakı dünyanın ən hündür binası olan “Bürc Xəlifə”dir. Siyahıda ikinci yeri Məkkədəki müqəddəs Kəbə, ondan sonrakı yeri isə Misirdəki Giza nekropolu tutur. İlk onluğa, həmçinin Məkkədəki Məscid Əl-Haram, Misir ehramları və Sfinks heykəli, Mədinədəki Peyğəmbər məscidi, Dubaydakı “Bürc Əl Ərəb”, Dubay fəvvarəsi və bu şəhərdəki Beynəlxalq Hava Limanı da daxildir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…