4 Fevral 2026 / 04:38

Baydenin keçmiş əri arvadının qətlində ittiham olunur

Cill Baydenin keçmiş əri, 77 yaşlı Uilyam Stivenson hazırkı həyat yoldaşı Lindanın qətlində ittiham olunur.

Tezadlar.az bildirir ki, bu barədə TMZ rəsmi mənbələrə istinadən məlumat verir.

Cill və Uilyam Stivenson 1970-ci ildən 1975-ci ilə qədər evli olublar. 1977-ci ildə boşandıqdan sonra o, ABŞ-ın gələcək 46-cı prezidenti olacaq tanınmış siyasətçi Co Baydenlə evlənib və soyadını dəyişib.

Nəşrin məlumatına görə, 64 yaşlı Linda 28 dekabr 2025-ci il gecəsi baş verən məişət münaqişəsindən sonra cütlüyün Delaverdəki evinin qonaq otağında huşsuz vəziyyətdə tapılıb.

Müxbirlər qeyd ediblər ki, Uilyam hadisədən sonra polislə əməkdaşlıq edib və 911-ə zəng edib.

Lakin, 2 fevral 2026-cı ildə Stivenson həbs olunaraq nəzarətə götürülüb. O, birinci dərəcəli qətldə ittiham olunub.

Məhkəmə ona 500.000 dollar girov təklif edib, lakin kişi lazımi məbləği toplaya bilməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!