5 Fevral 2026 / 05:55

Şagirdləri üçün içki məclisi təşkil edən direktor cəzasız qaldı

Floridada ibtidai məktəb direktoru Elizabeth Hill-Brodigan şagirdlər üçün məclis təşkil etdikdən sonra həbs cəzasından yayındı.

Tezadlar.az bu barədə xarici mediaya istinadən xəbər verir.

19 yanvarda 48 yaşlı Hill-Brodigan evində yetkinlik yaşına çatmayanların spirtli içki içdiyi və narkotik istifadə etdiyi bir məclis təşkil edib. Polis hadisəni qonşulardan öyrənib və onlar səs-küy səbəbindən polisə zəng ediblər.

Direktorun evinə gələn polislər titrəyən bir yeniyetməni qazonda qusarkən tapıblar. O, təcili xəstəxanaya aparılıb. İçəridə polis təxminən 100 şagirdi, eləcə də Hill-Brodiganın həmkarı, müəllim Carly Andersonu tapıb. Qısa müddət sonra məclis qonaqlarından biri sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilib.

Hadisədən sonra məktəb işçiləri işdən çıxarılıb. Hər ikisinə şərti cəza verilib. Hill-Brodigan etiraf müqaviləsi sayəsində həbs cəzasından yayınıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!