14 İyun 2022 / 07:20

UKRAYNA HəRBçILəRI DONBASDA üç KəNDI AZAD EDIB- FAKT

Ukrayna Silahlı Qüvvələri Donbasın üç kəndini azad edib.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Ukrayna hərbçiləri 15 km irəliləyib: “Cəbhədəki düşmən artilleriyası bir an belə dayanmır. Amma düşmənin say üstünlüyü cəzasız qalması demək deyil. Bizim hər bir cavabımız işğalçılara xeyli ziyan vuracaq. Qoşunlarımız Donbasda 3 kəndi azad edərək 15 km irəliləyib”, – deyə məlumatda bildirilir.

Döyüş əməliyyatları isə hələki davam edir, itkilər artır, Rusiya ordusunun isə olan-qalan imici zədələnir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!