5 Fevral 2026 / 11:56

Küləkli hava dəm qazı yaratmaqda əsas səbəbdir

Ötən gecə Ağcabədidə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib. Tezadlar.az xəbər verir ki, hadisə rayonun Avşar kəndində qeydə alınıb. Ana və üç övladı dəm qazından zəhərlənib. Onlar Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həyati təhlükələrinin olmadığı deyilir.

Məsələ ondadır ki, dəm qazından zəhərlənmə Mingəçevir şəhərində də baş verib. Şəhər ərazisində bir ailənin dörd üzvü – 2010-cu il təvəllüdlü D.Yusifli, 2014-cü il təvəllüdlü N.Yusifli, 2015-ci il təvəllüdlü E.Yusifli və 1988-ci il təvəllüdlü N.Yusifova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki faktla bağlı hüquq-mühafizə orqanların araşdırma aparılır.

Vətəndaşlar küləkli havalarda qazla və ya odun sobası ilə evi(mənzili) qızdıranda bilməlidirlər ki, güclü külək yanma prosesini zəiflədir və dəm qazının yaranmasını sürətləndirir.

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!