6 Fevral 2026 / 12:35

Güllələnən müəllim paytaxtın Xətai rayonundakı 260 saylı məktəbi bitiribmiş – MÜƏLLİMİN FOTOSU

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İDRAK” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən müəllimin kimliyi bəlli olub.

Tezadlar.az  xəbər verir ki, odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bakı Dövlət Universitetinin məzunudur.

O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib. Ş.Kamilova həmin il universitetə daxil olub və kompyüter elmləri ixtisası üzrə ali təhsil alıb.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

axşam

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!