Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“İdrak” liseyində baş verən bu günkü hadisə üzücüdür… Ötən gün Ağcabədidə 7 yaşlı məktəblini 12 yaşlı məktəbli bıçaqlayır… Ardınca başqa bir məktəbli döyülərək kəllə-beyin travması alır. Hər gün bu və ya buna oxşar hadisələrin baş verdiyi ölkədə Təhsil Nazirliyi hadisələri seyr edir… Nə qədər ki, şagird müəllimindən qorunur, belə hallar çox olacaq… Müəllim uşağa təpinir- valideyn haray salır ki, qoymayın, müəllim uşağımı təhqir etdi… Niyə uşaq evdə valideynindən qorxub-çəkinir, amma məktəbdə müəllimini ələ salır, güllələyir, döyür, üstünə cumur??? Şəxsən orta nəsil müəllimindən çəkinib-qorxub-hörmət etməsi sayəsində adam balası olub. Bizim vaxtımızda belə idi… İnkar edən varsa, buyursun… Şagird müəllimindən çəkinməli, hörmət etməlidir! Valideyn isə, əksinə, evdə uşağa başa salır ki, müəllim sənə təpinsə, gəl mənə de, onu işdən qovduraram… Üzr istəyirəm, nəvəmiz bəzən dərsi oxumur, evi dağıdır, çünki bizə ərk edir, bilir ki, qulağını buran olmayacaq, amma sinif müəlliminin adını çəkirik ki, bu saat ona zəng edəcəyik, dərhal qaçıb kitab oxuyur ki, deməyin…
***
Bəli, valideyn məktəbliyə evdə “Müəllim sənə təpinsə, gəl mənə de!”- deməməlidir… Deməlidir ki, müəllimin tapşırıqlarını yerinə yetir, dərsdə sakit otur! Müəllim səni danlasa, nəticə çıxart, müəlliminə hörmət elə, o, sənin gələcəkdə yaxşı adam olmağın üçün bunu edir!
A.Məmmədli