9 Fevral 2026 / 01:39

SON DƏQİQƏ: Qəddafinin oğlunun sui-qəsdinin arxasında bu ölkələrin kəşfiyyat xidmətləri ola bilər

Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın sui-qəsdinin arxasında Britaniya və Fransa kəşfiyyat xidmətləri ola bilər.

Tezadlar.az xəbər verir ki, RT aparıcısı Afşin Rattanzi mənbələrin ona bu barədə məlumat verdiyini bildirib.

“Bu yaxınlarda məlum oldu ki, DGSE (MI6-nın fransız ekvivalenti) Burkina-Faso prezidenti İbrahim Traore və Mali prezidenti Assimi Qoyta kimi liderlərə qarşı sui-qəsd planlarında iştirak edir”, – deyə Rattanzi xatırlayır.

Daha əvvəl Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın Liviyada öldüyü bildirilirdi.

Onun qətli ilə bağlı istintaq başa çatana qədər dəfn olunmayacaq.

Qəddafinin oğlunun vəkili RT-yə bildirib ki, Seyf əl-İslam siyasi səbəblərdən öldürülüb; o, seçkilərdə iştirak etməyi planlaşdırırdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!