10 Fevral 2026 / 13:01

Yatmış 11 yaşlı qızını ürəyindən bıçaqladı

Kişiyə qarşı yetkinlik yaşına çatmayan şəxsin qətlinə cəhd maddəsi ilə cinayət işi açılıb

Primorye sakini 11 yaşlı qızını bıçaqlayıb və nəticədə qız 1,5 litr qan itirib.

Tezadlar.az xəbər verir ki, regional prokurorluğun məlumatına görə, hadisə 4 fevral gecəsi baş verib.

Sibirtsevo kəndinin 61 yaşlı sakini sərxoş vəziyyətdə qızının yatdığı otağa girib və onu bıçaqlayıb. Uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qız ürəyindən bıçaq yarası alıb.

Kişiyə qarşı yetkinlik yaşına çatmayan şəxsin qətlinə cəhd maddəsi ilə cinayət işi açılıb. Çerniqov Rayon Prokurorluğunun tələbi ilə məhkəmə şübhəlinin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!