Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əvvəllər məhkum olunmuş Rusiya vətəndaşı saxlanılıb
FTX əməkdaşları Udmurtiyada polis bölməsində terror aktının qarşısını alıblar və əvvəllər məhkum olunmuş 57 yaşlı Rusiya vətəndaşını saxlayıblar.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) məlumat verib.
“Udmurt Respublikasında Rusiya Daxili İşlər Nazirliyinin müəssisəsində təxribat və terror aktı törətmək cəhdinin qarşısı alınıb. Bu tədbirlər nəticəsində Udmurt Respublikasının Mojqa şəhərində əvvəllər terror və ekstremist cinayətlərdə məhkum olunmuş 1968-ci il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb”, – İƏM məlumat verib.
FTX-nin məlumatına görə, o, Rusiya Daxili İşlər Nazirliyinin Mojginski Bələdiyyələrarası İdarəsinə silahlı hücum planlaşdırıbmış. Saxlanılan şəxsin qarajında terror üçün nəzərdə tutulmuş silahlarla birlikdə əldəqayırma partlayıcı qurğu tapılıb və zərərsizləşdirilib.
Udmurt Respublikası Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi, 205-ci maddəsinin 1-ci hissəsi (terror aktı törətməyə hazırlıq) və 222.1-ci maddəsinin 1-ci hissəsi (partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, başqasına verilməsi, satışı, saxlanması, daşınması və ya gəzdirilməsi) ilə cinayət işi açıb.
E.ŞİRİNOV