Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sabirabadda baş verən hadisə nəzarətdədir. Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, hadisə ötən gecə baş verib. Qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri – bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib.
Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saaat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının həkiməqədər ölümü qeydə alınıb.