13 Fevral 2026 / 20:08

Arvadını və azyaşlı qızını buna görə güllələyib

ABŞ-ın Florida ştatında bir kişi intihar etməzdən əvvəl həyat yoldaşını və azyaşlı qızını güllələyib.

Tezadlar.az bildirir ki, bu barədə “People” portalı xəbər verib.

Müstəntiqlərin sözlərinə görə, 38 yaşlı Ralf Beykon və həyat yoldaşı Nensi uzun müddətdir ayrılıblar, lakin Yeni il tətillərində yenidən bir araya gəliblər. Dörd yaşlı qızın bioloji atası olmadığını öyrənəndə münasibətləri daha da pozulub.

10 fevral axşamı qonşular Nensinin mənzilində silah səsləri eşidiblər və polisə zəng ediblər. Gələn polislər 38 yaşlı qadının və qızı Edenin cəsədlərini aşkar ediblər. Beykon atışmadan dərhal sonra hadisə yerindən qaçıb.

Polis şübhəlinin avtomobilini müşahidə kameraları vasitəsilə izləyib və onu Corciya sərhədində saxlayıb. Polis qaçaq şəxsi tutmağa çalışanda o, intihar edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!