ABŞ prezidenti Donald Tramp hələ də İranda hakimiyyət dəyişikliyinin ABŞ üçün ən yaxşı hədiyyə olacağı qənaətindədir. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, “İnanıram ki, bu, bizim üçün baş verə biləcək ən yaxşı şey olardı”, – deyən Tramp əlavə edib ki, ABŞ və İran nümayəndə heyətləri arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar fevralın 6-da Omanın paytaxtı Maskatda baş tutub. Tramp görüşdən sonra danışıqların yaxşı keçdiyini və davam edəcəyini qeyd edib.
Tramp İranda hakimiyyət dəyişikliyini arzulayır…






