16 Fevral 2026 / 21:50

Qəzada 53 yaşlı kişi həyatını itirdi

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib.

İlkin məlumata görə, “Qazel” markalı yük maşını kənd sakini 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub.

Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!