16 Fevral 2026 / 22:46

Təbii fəlakət nəticəsində 423 mindən çox insan zərər çəkib

Madaqaskarda “Gezani” qasırğasının qurbanlarının sayı 59-a çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Madaqaskarın Risklərin və təbii fəlakətlərin idarə edilməsi üzrə Milli İdarəsi məlumat yayıb.

“Gezani” siklonu ölkənin 5 regionunda 25 rayonu əhatə edib. 59 nəfər həlak olub, 15 nəfər itkin düşüb, 804 nəfər xəsarət alıb. Zərərçəkənlərin ümumi sayı 423 min nəfəri keçib”, – məlumatda qeyd olunub.

Madaqaskar hökuməti “Gezani” qasırğasının yenidən yaxınlaşması ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan edib. Ölkənin cənub-qərb hissəsinin əhalisinə evlərini tərk etməmək tövsiyə edilib, gəmilərə isə limanlarda qalmaq göstərişi verilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!