17 Fevral 2026 / 04:27

ABŞ-da xokkey oyununda atışma nəticəsində bir nəfər ölüb

Dünən – 16 fevralda Rod-Aylend ştatının Pautuket şəhərində orta məktəb xokkey oyununda baş verən atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Silahlı şəxs ölüb.

Tezadlar.az bildirir ki, bu barədə “CBS News”-un yerli filialı xəbər verib.

Şəbəkənin məlumatına görə, atışma yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə saat 23:00) buz meydançasında iki məktəbin şagirdləri arasında oyun keçirilərkən baş verib.

Dörd nəfər yaralanıb və xəstəxanalara aparılıb. Onların vəziyyəti və ya atışmanın səbəbi barədə hələlik məlumat verilməyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!