Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, gəmidən daha təhlükəlisi onu dənizin dibinə batıra biləcək silahdır”. Tezadlar.az xəbər verir ki, bu barədə Ali lider Təbrizdə yerli ictimaiyyətlə görüşü zamanı qeyd edib. Donald Trampın İran hökumətini aradan qaldırmaqla bağlı bəyanatlarına reaksiya verən Ayətullah Xamenei deyib: “ABŞ Prezidenti də dəfələrlə deyir ki, ordumuz dünyanın ən güclü ordusudur. Dünyanın ən güclü ordusuna bəzən elə zərbə endirilə bilər ki, ayağa qalxa bilməz. Onlar daim deyirlər ki, biz İrana gəmi göndərmişik. Əlbəttə ki, gəmi təhlükəli bir cihazdır, amma gəmidən daha təhlükəlisi bu gəmini dənizin dibinə batıra biləcək silahdır. Amerika Birləşmiş Ştatlarının Prezidenti son çıxışlarından birində bildirib ki, 47 ildir ki, ABŞ İslam Respublikasını məhv edə bilməyib; o, öz xalqına şikayət edib. Bu, yaxşı bir etirafdır. Mən deyirəm: Sən də bunu edə bilməyəcəksən. Deyirlər gəlin nüvə enerjinizlə bağlı danışıqlar aparaq və danışıqların nəticəsi sizin bu enerjiyə sahib olmamağınız olsun. Danışıqların nəticəsini əvvəlcədən müəyyən etmək yanlışdır və axmaq bir işdir. Sən deyirsən ki, gəl bu məsələ barədə danışaq, razılığa gələk; o halda niyə nəticəni qabaqcadan müəyyənləşdirir və mütləq bu nəticəyə çatmalıyıq deyirsən? Bu, axmaqlıqdır. ABŞ prezidentləri, bəzi senatorlar və digər rəsmilər bu cür axmaq addım atırlar. ABŞ prezidentinin dediyi sözlər; bəzən hədələyir, bəzən deyir ki, filan şey edilməlidir, filan şey edilməməlidir, bu o deməkdir ki, onlar İran millətinə hakim olmağa çalışırlar. İran milləti İslam və şiə dərslərini yaxşı bilir. İmam Hüseyn (əleyhissalam) buyurub: “Mənim kimi birisi heç vaxt Yezid kimi birinə beyət etməz”. Əslində İran milləti deyir ki, bizim kimi bu mədəniyyətə sahib bir millət bu gün Amerikada hakimiyyətdə olan pozğun liderlərə beyət etməyəcək. İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bildirib ki, xalqın çəkindirici silahlara malik olması zəruri və vacibdir: “Hər hansı ölkə belə imkanlardan məhrum olarsa, düşmənlərin təzyiqləri altında əziləcək. ABŞ-nin İranın silahlanma və raket mənzili məsələsinə müdaxilə etməsi əsassızdır və bu, İran xalqının suveren qərar səlahiyyətinə aiddir”, – deyə Ayətullah Əli Xamenei bildirib. Qeyd edək ki, İran XİN sözçüsü İsmayıl Bəqayi bildirib ki, hazırda danışıqlar “çox ciddi” mərhələdədir və həm sanksiyaların ləğvi, həm də nüvə məsələsi üzrə detallı müzakirələr aparılır.
Bəqayi İRNA-nın sualına cavabında qeyd edib: Mümkün razılaşma əldə olunarsa, Agentlik yayılmama sahəsində beynəlxalq texniki qurum kimi məsuliyyət daşıyacaq. Əvvəlki razılaşmada da Agentliyin rolu açıq və mərhələli şəkildə müəyyən edilmişdi.