Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kiyevin nəzarətində olan ərazidə yerləşən və Zaporojye Atom Elektrik Stansiyasını təchiz edən Ferrosplavnaya-1 elektrik xətti kəsilib.
Tezadlar.az bildirir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) direktoru Rafael Qrossi məlumat verib.
Agentlik öz veb saytında bildirib ki, “Ferrosplavnaya-1 ehtiyat elektrik xətti 10 fevralda kəsilib. Buna baxmayaraq, stansiya Dnepr xəttindən enerji almağa davam edir”.
Agentlik hazırda Zaporojye AES-in qalan yeganə elektrik xəttində işlədiyini bildirib.
17 yanvarda Rusiya və Ukrayna Ferrosplavnaya-1 elektrik xəttinin təmiri üçün yerli atəşkəs müqaviləsi imzalayıblar. Ehtiyat xəttində təmir işləri bir gün sonra başlayıb.
E.ŞİRİNOV