23 Fevral 2026 / 10:55

Polis daha 12 nəfər itkin düşəni tapdı

Ailənə xəbər ver, axtarışa səbəb olma.
Həftəsonu itkin düşmüş kimi axtarışı aparılan daha 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial media hesabında məlumat paylaşıb.
“Fevralın 21-də və 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!