24 Fevral 2026 / 20:44

Azərbaycan, Türkiyə və Gürcüstan komitələrinin 10-cu iclası baş tutdu

Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası keçirilib.

Tezadlar.az xəbər verir ki, iclasda regionda və dünyadakı geosiyasi proseslər, Ukrayna-Rusiya və İsrail-Fələstin müharibələrinin diplomatik yollarla həlli müzakirə edilib.

Komitələrin iclasında həmçinin üç ölkənin parlamentləri arasında siyasi dialoqun daha da gücləndirilməsi, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq məsələləri və birgə layihələrlə əlaqədar təkliflər dinlənilib.

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin növbəti – onbirinci üçtərəfli görüşünün Gürcüstanda keçirilməsi qərara alınıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!