MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yanğınsöndürənlər 10-dan çox insanı xilas edə biliblər
Qazaxıstanın Şuçinsk şəhərindəki kafedə qaz partlayışı və yanğın baş verib.
Tezadlar.az bildirir ki, Akmola Vilayətinin Fövqəladə Hallar Departamentinin verdiyi məlumata görə, altı nəfər ölüb, daha 20 nəfər yaralanıb.
“İlkin məlumatlara görə, hadisə nəticəsində təxminən 20 nəfər yaralanıb, onlardan altısı ölüb”, – məlumatda deyilir.
Departament əlavə edib ki, yanğınsöndürənlər yanan binadan səkkiz qaz balonunu çıxarıb və 10-dan çox insanı təxliyə ediblər.
E.ŞİRİNOV