27 Fevral 2026 / 19:18

7 yaşında rekord qıran idmançı faciəvi şəkildə vəfat etdi

Ginnesin Rekordlar Kitabına düşən Lənkəran sakinin dənizdə meyiti tapılıb.

Tezadlar.az xəbər verir ki, Meyiti tapılan şəxsin Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələkgər Həsənzadə olduğu müəyyən edilib.

Qeyd edək ki, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf (buna idman termini ilə “press” deyirlər) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələyib.

Ələsgər Həsənzadə dünyada Ginnesin Rekordlar Kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medal və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib./APA

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!