Müsəlmanlarda dünyəvi elmə-alimə nifrətin böyük olduğunu bilirdim, amma bu qədər əndazəni aşması ehtimalını heç ağılıma da gətirmirdim. Bir neçə gündür ki, AMEA-nın alimlərinin saxta şəkillərinin bütün ölkə boyu tirajlanmasını və hər cür mənəvi təhqirini izlədikcə həm insanların intellectual inkişafı, ölkənin müasir elmi-texnoloji inkişaf səviyyəsi və xalqın gələcəyi çox narahat etməyə başladı.
Biz hara gedirik? Bu gün (virtual dünya üçün) süni intellekdən istifadə edə bilməyən insanın savadlılıq səviyyəsi keçən əsrin əvvəllərində (klassik dünya üşün) yazıb oxumağı bacarmayan insanların savadlılıq səviyyəsi ilə eyni səviyyədə qiymətləndirilir, klassik kütləvi savadsızlıq və ya indi kütləvi rəqəmsal savadsızlıq. Sovetin tərkibinə daxil olanda əhalinin cəmi 12%-i oxuyub yazmağı bacarırdı, indi əhalinin neçə faizi süni intellekt savadlılığına malikdir, əhalinin nə qədəri virtual dünyanın yazıb oxumaq dilini bilir. Keçən günlərin hadisələri göstərdi ki, təqribən keçən əsrin əvvəllərinin kütləvi klassik savadsızlığı səviyyəsindədir.
Məsələ burasındadır ki, alimlərə qarşı qarşı atılan şər böhtan – guya hamının iclasda yatmasına qarşı nəinki, bu alimlərin dostlarının, qohumlarının, övladlarının, heş özlərinin immuniteti yetmədi ki, bu şəkillərin saxta süni intellektlə düzəldilməsini üzə çıxartsınlar. Əgər bu şəxslərin (həm yazanların, həm alimlərin müdafiəçilərinin, həm şərlənən alimlərin) süni intellekt haqqında azacıq bilikləri olsaydı, dərhal müəyyən edə bilərdi ki, bu şərdi, bu süni intellektlə hazırlanmış saxtakarlıqdır, bu süni intellektin yeni kəşfi deyil, bir neçə onilliklərin yadigarıdır. Amma təəssüf ki, heç kim, hətta bu alimlərin yaxınları, yüksək səviyyəli ziyalılar bunu görmədi, müəyyən edə bilmədi, hətta primitiv üsullarla özünü müdafiəyə qalxdılar (ay şəkil gözü yumulu düşüb, fotonu aşağıdan və ya yuxarıdan götürüblər….).
Bu onu göstərir ki, yalnız bu alimlər deyil, onların tabeçiliyində işləyən yüzlərlə, minlərlə mütəxəssislər, qohumlar, övladlar da süni intellekt elmi ilə tanış deyil. Bu böyük fəlakətdi, faciədi – başqa xalqlar süni intellekti başqa planetlərə göndərir, trilyonlarla resursları vətəninə daşımağa başlayır, biz xaricilərin düzəldiyi sadə süni intellekt alətlərindən istifadə etməyi öyrənə bilmirik. Süni intellekt onun xasiyyətini bilən üçün ən ali silahdır, vasitədir, imkandır, istifadə edə bilməyən üçün isə onun üstünə gələn atom bombasından da təhlükəli silahdır. (Təlimat: Real şəkli Süni intellektlə yaradılmış və montaj edilmiş şəkildən fərqləndirmə. Bu təlimatla hər kəs bu şəkilin saxtalığını rahat isbat edə bilər. Təlimat mənim kitabımdan götürülüb və bu yazıya əlavə olunur.)
Dünya 75 il əvvəl başladığı Süni intellekt tədqiqatların 1950-ci ildə başlamışdır və ilk süni intellekt proqramı yaradılmışdır. O gündən bu günə bir saatda olsun fasilə verilməmiş və bu gün artıq dünya üzrə süni intellekt erasına keçid dövrü elan etmişdir. Müstəqil Azərbaycan yalnız 75 ildən sonra ilk addımı atmışdır (Bu sahədə Sovet Azərbaycanında dəfələrlə daha çox iş görülmüşdür (xüsusilə 70-ci illərdə), ölkə müstəqillik əldə edən gündən sürətlə elm və süni intellekt tədqiqatlarını dayandırmış və süni intellekt, elmi-texnoloji inkişaf bazasını tamamilə dağıtmışdır). 75 il itkisini bərpa etmək üçün və yüksək inkişaflı süni intellekt ölkələrinə çatmaq üçün necə və hansı xərclə davam etməliyik? 75 il sürətlə inkişaf edən ölkələr oturub bizi gözləmir, indi daha sürətli işini davam etdirir. Süni intellekt tamailə elm-texnologiya işidir (100%). Elm xərcləri, texnoloji inkişaf bu gün keçən əsrin 60-cı illərin durğunluq dövrü səviyyəsinə geri dönüş etmişdir. 70-ci illərdə böyük lider Heydər Əliyevin ciddi səyi nəticəsində elmi-texnoloji inkişafa və süni intellekt tədqiqatlarına yeni nəfəs verilmişdir, 10 il ərzində elmi-istehsalat birliklərin sayı 70 dəfə artırılmış, elm xərcləri 4 dəfə yüksəldilmiş, süni intellektin və elektron sənayesinin əsasını təşkil edən çip və yarımkeçicilər elmi istehsalat birliyi (OZON EİB: o zaman çip zavodu cəmi 5-6 ölkədə var idi) qurulmuşdur. 2025-ci ildə Müstəqil Azərbaycanda bu elmi istehsalat birliklərindən, xüsusilə süni intellektin can damarını təşkil edin cip və yarımkeçicilər elmi istehsalat birliyi tamamilə dağıdılmışdır. 2025-ci ildə elm xərcləri 1980-cı illə müqayisədə təqribən 4 dəfə, əhalinin hər 10000 nəfərinə elmi işçilərin sayı elmi 3 dəfə, patentlərin sayı 15 dəfə və bütün digər elmi göstəricilər bir neçə dəfə azalmışdır.
Azərbaycan son 45 ildə elmi göstəricilərin düşməsi tempinə görə hətta Afrika ölkələrindən irəlidədir. 1980-ci ildə elm xərclərinin həcmində İsrail Azərbaycan müqayisəsində təqribən 2 dəfə fərq var idi (Azərbaycan 520 milyon dollar-İsrail 1050 milyon dollar), 2025-ci ildə isə 222 dəfə fərq əmələ gəlmişdir (135 milyon dollar – İsrail – 30 milyard dollar, bütün 57 müsəlman ölkəsinin elm xərclərində 5 milyard dollar çox). Bu xərcə görədir ki, İsrail bütün müsəlman ölkələri ilə baş edə bilir.
Təkrar elan etmək istəyirəm, bizim bu vəziyyətdən çıxmağımızın yegənə yolu elm-texnologiya və süni intellekt yoludur-dayanıqlı- əbədi sistemin qurulması baş verməsə uğura nail olmaq mümkün olmayacaq. Əks təqdirdə, ənənəvi Azərbaycan taleyi gözləyir, nisbi irəliləmək, xarici düşmənlərə qalib gələn kimi daxili çəkişmələrin başlanması, daxili güclərin hər tərəfin tam gücdən salınması hesabına tükənməsi, xarici güclərə möhtaclıq və hansısa xarici gücün könüllü dəvət olunması, və yenidən tsiklin təkaralanması.
Təlimat: Real şəkli Süni intellektlə yaradılmış və montaj edilmiş şəkildən fərqləndirmə.
Sizə məhkəmədə də istifadə oluna biləcək səviyyədə – real foto ilə

AI ilə yaradılmış və ya

kolaj (montaj) edilmiş şəkili
fərqləndirmək üçün konkret addım-addım metodika -təlimat verilir.
________________________________________

1. Ən sadə vizual yoxlama (ilk filtrasiya)
Şəkilə baxanda aşağıdakı 5 elementi müqayisə edin:
A) İşıq istiqaməti
Əgər:
• bir şəxsin üzündə işıq soldandır
• digərində yuxarıdan
• üçüncüdə sağdan

Eyni anda çəkilmiş real foto ola bilməz

Bu = müxtəlif kadrlardan yığılmış kolajdır
________________________________________
B) Fokus dərinliyi (blur səviyyəsi)
Real tək foto:
• bütün iştirakçılarda eyni dərəcədə arxa fon bulanıqlığı olur
Kolajda isə:
• bir nəfərin arxa fonu çox bulanıq
• digərində isə tam aydındır

Bu, fərqli kameralar və fərqli vaxtlarda çəkiliş deməkdir
________________________________________
C) Baş ölçülərinin müqayisəsi
Real iclas fotosunda:
• eyni sırada oturan insanların baş ölçüsü təxminən eynidir
Kolajda:
• arxa sırada olanın başı ön sıradakından böyük görünə bilər

Perspektiv qanunu pozulubsa → montajdır
________________________________________
D) Rəng temperaturu (White Balance)
Real foto:
• hamının dərisinin rəngi eyni ton diapazonundadır
Kolaj:
• biri sarımtıl
• biri boz
• biri qırmızı tonlu

Fərqli cihazlarla çəkilib → sonradan yığılıb
________________________________________
E) Kənar konturlar (Edge Artifact)
100% zoom edin:
• qulaq kənarı
• eynək çərçivəsi
• saç konturu
Əgər:
• ətrafında nazik ağ və ya qara halo (xətt) varsa

Bu, Photoshop kəsib-yerləşdirmə izidir
________________________________________

2. SI generasiyasını aşkar etmək (daha ciddi yoxlama)
SI şəkillərdə bu 6 səhv çox olur:
Yoxlayın SI-də tez-tez olur
Eynəklərin simmetriyası pozulur
Barmaqlar qeyri-təbii olur
Qulaqlar fərqli ölçüdə
Dişlər birləşmiş görünür
Düymələr fərqli sayda
Fon naxışları təkrarlanır
Əgər bunlar yoxdursa:

Şəkil çox güman AI deyil, sadəcə kolajdır
________________________________________

3. TEXNİKİ SÜBUT (ən vacib hissə)
A) Metadata yoxlanışı
Bu sayta daxil olun:
Şəkli yükləyin və baxın:
Sahə Nəticə
Camera Model boşdursa → şübhəli
Date Taken yoxdursa → redaktə edilib
Software Adobe Photoshop yazılıbsa → montajdır
________________________________________
B) ELA analizi (Error Level Analysis)
Eyni saytda:

ELA düyməsini basın
Əgər:
• şəkilin bəzi hissələri parlaq ağ çıxır
• digərləri qaranlıqdırsa

O hissələr sonradan əlavə olunub
Real tək fotoda:
• ELA nəticəsi hər yerdə eyni səviyyədə olur
________________________________________

4. Hüquqi ekspertiza üçün istifadə olunan 3 əsas test
Ekspertlər aşağıdakıları edir:
1. JPEG Quantization fərqi
2. Noise Pattern uyğunsuzluğu
3. Clone Detection
Noise fərqlidirsə:

Şəkil müxtəlif kadrlardan yığılıb
________________________________________

YEKUN QAYDA (qızıl standart)
Əgər:
• işıq fərqlidir
• fokus fərqlidir
• rəng temperaturu fərqlidir
• ELA fərqlidir
• metadata-da Photoshop var

Bu şəkil orijinal foto deyil

manipulyativ kolajdır
Mətnin mənbəyi (Saleh Məmmədov – Yaradıcı süni intellekt (hər kəsin kitabı: 150 sual-150 cavab).
Dərin hörmətlə. Prof. Saleh Məmmədov