Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İş adamının keçmiş vəkili və Rusiya İncəsənət Akademiyası ölüm faktını təsdiqləyib
Sahibkar Ömər Cəbrayılov Moskvada intihar edib.
Tezadlar.az bildirir ki, hüquq-mühafizə orqanları bu barədə TASS-a məlumat verib.
“Cəbrayılov intihar edib”, – agentliyin mənbəsi bildirib.
Mənbənin sözlərinə görə, iş adamının yanında tapança tapılıb.
Cəbrayılovun keçmiş vəkili və Rusiya İncəsənət Akademiyası da iş adamının ölüm faktını təsdiqləyib.
“Rusiya İncəsənət Akademiyası ictimai xadim və Rusiya İncəsənət Akademiyasının fəxri üzvü Ömər Əliyeviç Cəbrayılovun ölüm faktını təsdiqləyib”, – akademiya bildirib.
“Bəli, onlar mənə Ömər Cəbrayılovun Moskvada intihar etdiyini təsdiqləyiblər”, – deyə vəkil bildirib.
E.ŞİRİNOV