2 Mart 2026 / 15:22

Netanyahunun ofisinə zərbə endirilib, amma…

İran ordusu bu gün səhər saatlarında İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə zərbə endirib. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məlumata görə, İran, eyni zamanda İsrail ordusunun Hərbi Hava Qüvvələrinin komandanının olduğu yeri hədəfə alıb. Netanyahunun taleyinin naməlum olduğu bildirilir. Əməliyyatın detallarının sonradan açıqlanacağı qeyd olunub. İsrail tərəfdən məsələyə münasibət bildirilməyib.

Lakin faktdır ki, Netanyahu belə bir məqamda öz ofisində ola bilməzdi…

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!