Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pentaqon İrana qarşı əməliyyatda lazım olan qədər irəliləməyə hazır olduğunu açıqlayıb.
İrana qarşı hərbi əməliyyatın vaxtı yalnız ABŞ prezidenti Donald Tramp tərəfindən müəyyən edilir.
Bu sözləri Pentaqon sözçüsü Pit Heqset bu gün – 2 martda açıqlayıb (RİA).
“Biz bunu “Amerika hər şeydən öncə” şərtləri altında və Prezident Tramp qərar verəndə başa çatdıracağıq. Başqa heç kəs. Bu, belə olmalıdır” – Pit Heqset
Lakin o, hansı konkret şərtlərin “Amerika hər şeydən öncə”yə daxil olduğunu dəqiqləşdirməyib.
Bundan əlavə, Heqset ABŞ-ın İrana qarşı əməliyyatda lazım olan qədər irəliləməyə hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, ötən şənbə günü ABŞ və İsrail İrandakı hədəflərə zərbələr endiriblər. Bu zərbələr nəticəsində İslam Respublikasının Ali Lideri və bir neçə digər yüksək vəzifəli şəxs həlak olub.
Bu gün isə İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin hücum zamanı komaya düşən həyat yoldaşı Mənsurə Xocəstə Bagerzadə həyatını itirib.
JASMİN