4 Mart 2026 / 09:12

Ronaldunun diaqnozu açıqlandı – sən demə…

“Əl-Nəsr”in mətbuat xidməti X sosial media səhifəsində 41 yaşlı hücumçu və komandanın kapitanı Kriştianu Ronaldunun zədə aldığını açıqlayıb.

“Kriştianu Ronalduya “Əl-Feyha” ilə son oyundan sonra bud əzələsindən zədə diaqnozu qoyulub. O, reabilitasiya proqramına başlayıb və hər gün nəzarətdə olacaq”.

Tezadlar.az  xəbər verir ki, bu barədə klubun açıqlamasında deyilir.

Daha əvvəl mediada Ronaldunun bölgədə baş verən hərbi əməliyyatlar səbəbindən Səudiyyə Ərəbistanını tərk etdiyi bildirilirdi.

“Əl-Nəsr” Səudiyyə Pro Liqasının 24-cü turunda “Əl-Feyha” ilə oyunda 3:1 hesabı ilə qalib gəlib. Ronaldu matçın 81 dəqiqəsində meydanda olub. Portuqaliyalı hücumçu 11-ci dəqiqədə penalti zərbəsini qaçırıb. Ümumilikdə, Ronaldu bu mövsüm Pro Liqada 22 oyunda 21 qol vurub.

 

idman.biz

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!