Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belaruslu tennisçi İlya İvaşko bildirib ki, Peşəkar Tennisçilər Assosiasiyası (ATP) ona Fujayradakı (BƏƏ-də şəhər) hər iki turnirin ləğvi barədə bildiriş göndərib.
Tezadlar.az xəbər verir ki, tennisçilərə adambaşına 5000 avroya çarter reysi ilə ölkəni tərk etmək təklif edilib.
“Buradakı hər iki “Challenger” turniri (Fujayra 1, Fujayra 2) rəsmi olaraq ləğv edilib. ATP 5 martda Maskatdan saat 15:00-da Milana uçan çarter reysi planlaşdırır. Qiymət adambaşına 5000 avrodur. Səbriniz və anlayışınız üçün hamınıza təşəkkür edirik. Səyahətinizi təhlükəsiz və uğurlu olsun!”, – deyə məktubda bildirilir.
“Şərhə ehtiyac yoxdur”, – İvaşko yazıb.
Daha əvvəl Fujayradakı “Challenger” turnirindəki oyunlar şəhər ərazisində partlayışlar barədə məlumatlardan sonra dayandırılmışdı. Partlayış turnir məkanından təxminən 13 kilometr aralıda baş verib.
idmanbiz